Erməni siyasətçi Türkiyədə qalmaqal yaratdı: Binəli Yıldırımdan sərt tənqid

 
Türkiyənin Antalya şəhərində keçirilən Avrasiya Ölkələri Parlament Sədrlərinin III Müşavirəsinin mətbuata bağlı iclasında Ermənistan nümayəndə heyətinin çıxışı ilə əlaqədar qalmaqal baş verib. Yeniavaz.com “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, Ermənistanın müşavirədəki təmsilçisi olan bu ölkənin parlament sədrinin müavini Eduard Şarmazanov “erməni soyqırımı” və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamalar verib.
 
Ardından iclasın yekunu üzrə qəbul edilən birgə bəyannamənin mətbaut nümayəndələri qarşısında oxunması zamanı Türkiyə parlamentinin sədri Binəli Yıldırım Ermənistan nümayəndəsini tənqid edib. Onun sözlərinə görə, Ermənistan təmsilçisinin açıqlamaları müşavirənin məramına uyğun deyil: “Ermənistan nümayəndəsi təəssüf ki, burada bəzi iddialar ortaya atıb. Qlobal problemlərin həll yolunu axtardığımız bölgədə və dünyada, sabitliyə önəm verdiyimiz bu iclasda həqiqətləri təhrif edən açıqlamaları qəbul edə bilmərik”.
 
B. Yıldırım qeyd edib ki, Ermənistan Türkiyə ilə əlaqələrini həqiqətən də düzəltmək istəyirsə, bu absurd soyqırım iddialarına son qoymalıdır, tarixi hadisələri tarixçilərin araşdırmasına imkan verməlidir. Bir az əvvəl dəyərli parlament sədri (Oqtay Əsədov) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verdi. Ermənistan öz hərəkətləri ilə özünü təcrid edir. Ermənistan sülh siyasəti yürütsə, qonşuları ilə əlaqələrini normallaşdıra, Cənubi Qafqazda sülh, sabitlik və rifaha töhfə verə bilər”.

DİGƏR XƏBƏRLƏR

Top