Regionda varlılar və yoxsullar arasında ən kəskin uçurum Azərbaycandadır - HESABAT


Dünyanın tanınmış təşkilatlarından olan OXFAM humanitar təşkilatı "Bərabərsizliyin Azaldılması Öhdəliyi İndeksi"ni ("The Commitment to Reducing Inequality Index 2018") açıqlayıb. Yeniavaz.com xəbər verir ki, OXFAM təşkilatının 157 ölkəni əhatə edən hesabatında hökumətlərin varlılar və yoxsullar arasındakı fərqi azaltmaq məqsədilə həyata keçirdikləri tədbirləri araşdırıb.
Varlı və yoxsul insanlar arasındakı bərabərsizliyin azaldılmasına görə Azərbaycan 157 ölkə arasında 116-cı sırada qərarlaşıb.
Bu sahədə ən yaxşı vəziyyət Danimarka, Almaniya, Finlandiya, Avstraliya və Norveçdə qeydə alınıb. İlk 10-luğu Belçika, İsveç, Fransa, İslandiya və Lüksemburq tamamlayıb.
Ən pis vəziyyət isə Nigeriya, Özbəkstan, Haiti, Çad, Syerra-Leone, Butan və Madaqaskarda yer alıb.
Keçmiş SSRİ və region ölkələri arasında bu sahədə, yəni varlı və yoxsul insanlar arasındakı bərabərsizliyin azaldılmasına sahəsində ən yaxşı vəziyyət Estoniyada qeydə alınıb. Estoniya 157 ölkə arasında 26-cı sırada qərarlaşıb.
Hesabatda yer alan digər keçmiş SSRİ və region ölkələrinin 157 ölkə arasında mövqeyi belə olub:
41. Belarus
43. Ukrayna
48. Latviya
49. Gürcüstan
50. Rusiya
53. Türkiyə
60. Moldova
61. Ermənistan
62. Qırğızıstan
71. Qazaxıstan
88. Tacikistan
116. AZƏRBAYCAN
156. Özbəkistan
 

DİGƏR XƏBƏRLƏR

Top