"Su qiymətinə" satılan mədəniyyət evləri, klublar və kinoteatırlar... - CƏDVƏL


Azərbaycan müstəqillik əldə etdikdən sonra şəhər və kəndlərdə mövcud olan klubların sayı kəskin şəkildə azalıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, 1992-ci ildə ölkə ərazisində 3 913 klub mövcud olduğu halda, bu ilin əvvəlində onların sayı 2 370-ə düşüb. Rəqənlərdən də göründüyü kimi, son 26 il ərzində klubların sayı 39,4% və ya 1 543 klub azalıb.
SSRİ zamanında əsasən mədəniyyət və incəsənət tədbirlərinə ev sahibliyi edən klublarda müstəqillik dövründə daha çox müxtəlif təyinatlı dərnəklər fəaliyyət göstərməyə başladı. Lakin, son zamanlar klublar özəlləşdirməyə çıxarılaraq ucuz qiymətə satılır və sonradan yeni sahibi tərəfindən təyinatı dəyişdirilir. Əksər hallarda isə keçmiş klubların yerində biznes məqsədli obyektlər fəaliyyət göstərməyə başlayır.
Təkcə son bir ildə 169 klub öz fəaliyyətini dayandırıb və onlardan 157-si Mədəniyyət Naziriliyinin tabeliyində olan müəssisə olub.
Diqqət çəkən məqamlardan biri isə odur ki, satışa çıxarılan klublar olduqca ucuz qiymətə satılılır. Bu ilin iyul-avqust ayları ərzində satılan klub və kinoteatrların qiymətinə baxdığımız zaman açıq şəkildə görünür ki, satış qiyməti ölkədəki mövcud bazar qiymətlərindən aşağıdır.  Məsələn, bu ilin 14 avqust tarixində Xaçmaz rayonun Tel kəndində yerləşən 105,1 kv. metr sahəsi olan klub 585,7 kv. metr torpaq sahəsi ilə birlikdə cəmi 3 500 manata satılıb.

DİGƏR XƏBƏRLƏR

Top