Bu balıqların ovlanmasına icazə verilir - SİYAHI

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizinin Azərbaycana aid hissəsində və daxili şirin su hövzələrində-çaylar, göllər, su anbarları və kanallarda ovlanmasına icazə verilən balıq növlərinin adlarını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, balıqçılar kilkə, siyənək, kеfal, çapaq, külmə, çəki, xəşəm, sıf, kütüm balıqlarını ovlaya bilərlər. Bundan əlavə, şamayı, qarasol, daban, naxa, xərçəngkimilərin də ovlanmasına qadağa qoyulmayıb.(Olke.az)

 

DİGƏR XƏBƏRLƏR

Top