Sürücülərin nəzərinə: Bu yolda təmir və rənglənmə işləri aparılacaq


Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-133 km-də qəzalar nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri, həmçinin yolun 16-30 və 50-65-ci kilometrlik hissələrində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.
 Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
(Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top