
Xəbər verildiyi kimi, azərbaycanlı kriminal avtoritet Lotu Quli kimi tanınan Nadir Səlifov İstanbulda saxlanılıb.
L. Qulinin həbsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. Yeniavaz.com xəbər verir ki, Türkiyə KİV-nin məlumatında kriminal avtoritet barəsində Azərbaycan hökumətinin həbs qərarı verdiyi iddia edilib.
Lotu Quli azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin qətlinin təşkilində də ittiham olunurdu. Quli yaşadığı ünvana təşkil edilən əməliyyat zamanı saxlanılıb.
Qeyd edək ki, bir gün öncə yayılan məlumatda Qulinin canlı efirdə sahibkarlara xərac kəsdiyi bildirilmişdi. "Rosbalt" agentliyinin xəbərinə görə, Lotu Qulinin nümayəndələri sahibkarları bir yerə toplayır, sonra N. Səlifov video-əlaqə vasitəsilə onlara müraciət edərək hər bir biznesmen üçü xəracın məbləğini təyin edir. Haqqın məbləği 2-4 milyon rubl arasında dəyişir.
Türkiyə KİV-nin məlumatında Lotu Qilinin Azərbaycana ekstradisiya ediləcəyi bildirilib.
Tətbiqimizi yükləyə bilərsiniz