
“Çiçəklənən Ermənistan” partiyasının lideri Qarik Tsarukyanla növbədənkənar parlament seçkilərinin dekabrda keçirilməsi haqqında memorandum imzaladım”. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində məlumat verib.
Ermənistan Respublika Partiyasının parlamentdə 50, Tsarukyanın Paşinyanla fraksiyasının 40, “Daşnaksütyun” fraksiyasının 7 mandatı var. Sonuncu fraksiya erkən seçkilərin dekabrda keçirilməsi ilə bağlı yekun qərar qəbul etməyib, lakin onun keçirilməsi məsələsində tələsməməyə çağırıb. Ermənistan Respublika Partiyası seçkilərin 2019-cu ilin yazında təşkil edilməsinin tərəfdarıdır.
Memoranduma əsasən, N. Paşinyan istefa verəcəyi təqdirdə Q. Tsarukyanın fraksiyası Baş nazir vəzifəsinə öz namizədini irəli sürməyəcəyini və digər namizədi dəstəkləməyəcini öhdəliyinə götürür.
Tətbiqimizi yükləyə bilərsiniz