Bu ölkədə inflyasiya 1 milyon faiz olacaq

 
İlin əvvəlindən sentyabrın sonunadək Venesuelada inflyasiya 81 000 faizdən çox təşkil edib, ilin sonuna isə 1 milyon faizi keçəcək. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Milli Assambleyanın (bir palatalı parlament) deputatı, Maliyyə komitəsinin sədri Rafael Qusman deyib. Qanunverici orqan Prezident Nikolas Maduronun başçılıq etdiyi hökumətin siyasi opponentlərinin nəzarətindədir.
 
R. Qusman “Twitter” səhifəsində yazıb: “Maliyyə komitəsindən sentyabr inflyasiyası üzrə məlumatları açıqlayırıq: ay ərzində 233,2 faiz, ilin əvvəlindən 81 043 faiz olub, ilin sonuna olan proqnoz isə 1 030 281faiz təşkil edəcək. Heç şübhəsiz hökumətin iqtisadi tədbirləri iflasa uğradı və böhranı dərinləşdirdi”. Deputat qeyd edib ki, artıq bir ildir Venesuelada hiperinflyasiya saxlanılır və qiymət artımı indeksi hər ay tarixi rekordu yeniləyir, bu da ölkədə hamıya mənfi təsir göstərir.
 
Venesuelada qiymət artımı barədə rəsmi məlumatlar artıq bir neçə ildir dərc olunmur. Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən, ölkədə inflyasiya ilin sonuna 1 milyon faizə çata bilər. BMT-nin məlumatına əsasən, 2015-ci ildən 2018-ci ilin iyununa qədər Venesueladan təqribən 2,3 milyon nəfər gedib, onların əksəri Kolumbiya, Ekvador, Peru və Braziliyaya üz tutub.
 

DİGƏR XƏBƏRLƏR

Top