"Toppuş bacı"nın canlı efirdə ürəyi getdi - VİDEO


Teleaparıcı Zaur Baxşəliyevin təqdim etdiyi "Bizimləsən” verilişində gözlənilməz hadisə yaşanıb.
Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevanın proqramda ürəyi gedib.
Belə ki, eyni xəstəlikdən əziyyət çəkən 3 azyaşlının ona məktub yazması aktrisanı kövrəldib. Halı pisləşən aktrisa daha sonra özündən gedib. Əliyevanı canlı efirdə özünə gətirməyə çalışıblar.
Hazırda aktrisa həkim nəzarətindədir.
(Musavat.com)

DİGƏR XƏBƏRLƏR

Top