İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlandı - VİDEO


İqtisadiyyat üzrə Nobel mükafatı alan şəxslərin adları açıqlanıb. Yeniavaz.com "nobelprize.org" saytına istinadən bildirir ki, İsveç Elmlər Akademiyası Uilyam Nordhaus və Pol Romeri mükafatlandırmaq qərarına gəlib. Bu mükafat Alfred Nobelin xatirəsinə həsr olunan iqtisad elmləri üzrə İsveç Bankının mükafatı ("Sveriges Riksbank Prize") adlandırılır.
Qeyd edək ki, mükafat alan hər iki iqtisadçı ABŞ vətəndaşlarıdır. 
Məlumat üçün bildirək ki, oktyabr ayının 1-də tibb sahəsi üzrə mükafat ABŞ vətəndaşı, immunoloq Ceyms Allisona və yaponyalı immunoloq Tasuko Honcoya, oktyabrın 2-də fizika üzrə mükafat amerikalı Artur Aşkinə, Donna Striklanda və fransalı Jerar Muruyə, oktyabrın  3-də kimya üzrə mükafat Frensis Arnolda, Corc Smitə və Qreqori Vinterə, oktyabrın 5-da isə Nobel Sülh mükafatı konqolu həkim Denis Mukveqə və kürd mənşəli Nadia Murada verilib. Bu il ədəbiyyat üzrə Nobel mükafatı təqdim olunmayıb.
Mükafatların təqdimetmə mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top