Müharibədən qaçmışdı, Qəbələdə öldü


Qəbələ rayonunda yanğında qızlarını itirən ərəb ailəsi Suriyadan müharibədən qaçıblar.

Yeniavaz.com xəbər verir ki, həmin evi ərəb turistlərə kirayəyə verən makler Mahizər Sərdərova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, evi kirayə götürən şəxslər bir ailənin üzvləri olub: 

“Ata, ana, onların 3 qızı, 1 oğlan və 1 azyaşlı körpə olublar. Məlumata görə, evdə ütü elektrikə taxılı vəziyyətdə qalıb və yanğın ütüdən başlayıb. 

Həmin ev Yusif Abdullayev Qoca oğluna məxsusdur. Evdə qalanlar isə Suriyadan olan ərəblərdir, bizə də oradakı evlərini göstərdilər, dedilər bombalanıb dağılıb. Beş gün idi o evdə qalırdılar, demişdilər “Asan Xidmət”ə gedib qalma müddətlərini artırsalar, yenə də əlavə qalacaqlar”.

Qeyd edək ki, yanğın nəticəsində ailənin 23 yaşlı qızı yanaraq ölüb.

DİGƏR XƏBƏRLƏR

Top