Rusiya və Türkiyə sərhədləri müəyyənləşdirdilər

 
Rusiya və Türkiyə Suriyanın İdlib vilayətində yaradılan silahsızlaşdırılmış zonanın sərhədlərini müəyyənləşdiriblər.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.
Onun sözlərinə görə, silahsızlaşdırılmış zonanın sərhədləri artıq müəyyən olunub: “Türkiyə və Rusiya hərbçiləri arasında çox yaxşı təmaslar, əlaqələr və qarşılıqlı fəalyyət qurulub. Onlar sənəd imzalandıqdan sonra bir neçə dəfə görüşüblər”.
Xatırladaq ki, sentyabrın 17-də Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunu üzrə bəyan etmişdi ki, onlar İdlibdə silahlı müxalifətlə hökumət qoşunlarının təmas xətti boyunca oktyabrın 15-dək  dərinliyi 15-20 kilomtr olan silahsızlaşdırılmış zona yaratmaq barədə razılığa gəliblər.

DİGƏR XƏBƏRLƏR

Top