Ən çox Nobel mükafatı alan 5 ölkə - SİYAHI


Bu gün Alfred Nobelin xatirəsinə iqtisad elmləri üzrə İsveç Bankının mükafatı ("Sveriges Riksbank Prize") təqdim ediləcək. Yeniavaz.com xəbər verir ki, digər sahələrdə Nobel mükafatının qalibləri məlum olub. Oktyabrın 1-də fiziologiya və ya tibb, 2-də fizika, 3-də kimya, 5-da isə Nobel Sülh mükafatının sahiblərinin adı məlum olub. Ədəbiyyat üzrə Nobel mükafatının təqdim edilməsi tarixi barədə isə İsveç Akademiyası tərəfindən əlavə məlumat veriləcək.
Məlumat üçün bildirək ki, bugünə kimi sadalanan sahələr üzrə ən çox mükafata ABŞ vətəndaşları sahib olub. Tibb, fizika, kimya, ədəbiyyat, iqtisadiyyat və sülh sahəsində ən çox mükafat alan ölkələrin siyahısı belə olub:
Tibb
1. ABŞ - 96
2. Böyük Britaniya - 30
3. Almaniya - 20
4. Fransa - 11
5. İsveç - 8

Fizika
1. ABŞ - 83
2. Almaniya - 27
3. Böyük Britaniya - 22
4. Fransa - 13
5. Rusiya (SSSR) - 12

Kimya
1. ABŞ - 68
2. Almaniya - 29
3. Böyük Britaniya - 28
4. Fransa - 9
5. Yaponiya - 9

Sülh
1. ABŞ - 21
2. Böyük Britaniya - 12
3. Fransa - 8
4. Almaniya - 5
5. İsveç - 5

Ədəbiyyat
1. Fransa - 14
2. Böyük Britaniya - 11
3. ABŞ - 10
4. Almaniya - 9
5. İtaliya - 6

İqtisadiyyat
1. ABŞ - 51
2. Böyük Britaniya - 10
3. İsveç - 2
4. Hollandiya - 2
5. Fransa  - 2

Qeyd edək ki, bu siyahıda Ədəbiyyat və İqtisadiyyat sahəsində veriləcək builki mükafatların sayı yer almayıb.

DİGƏR XƏBƏRLƏR

Top