Ermənilər daha bir mahnını oğurladılar + VİDEO


Tarixən türk xalq mahnısı kimi tanınan "Ninnə yarım" mahnısını ermənilər öz mahnıları kimi qələmə veriblər. Özü də bu azmış kimi, onu müxtəlif yerlərdə ifa edərək "youtube" sosial şəbəkəsində paylaşıblar.

 

Yeniavaz.com Xezerxeber.az-a istinadən bildirir ki, Spitaklı Hayko kimi tanınan erməni müğənnisi bu mahnını toylarda, şənliklərdə erməni mahnısı kimi oxuyur.

 

Azərbaycanın tanınmış bəstəkarı Faiq Sücəddinov bildirir ki, "Ninnə yarım" mahnısı Kərkük mahnısı kimi tanınır və bu mahnının ermənilərlə heç bir əlaqəsi yoxdur. Digər mahnılar kimi onlar bu mahnını da oğurlayıb özününküləşdiriblər.

 

Məsələ ilə bağlı ermənişünas İsmayıl Tanrıverdi bildirir ki, ermənilərin belə bir addım atması heç də təəccüblü görünmür. Çünki onlar mədəniyyətlərini elə digər xalqlardan oğurladıqları mahnılar, musiqilər, abidələrlə formalaşdırıblar.

 

İsmayıl Tanrıverdi bildirir ki, "Ninnə yarım" mahnısını saxtalaşdırıb oxuyan Spitaklı Hayko Tigran Osetiryanla Zeynəb Xanlarovanın "Sən Müşfiqin yanında qal" mahnısını da oğurlayaraq "yotube"da yayıblar.

 

Qeyd edək ki, "Ninnə yarım" mahnısını "Alla yar" adı ilə oxuyan Spitaklı Hayko adlı müğənni bir müddətdir ki, "youtube" sosial şəbəkəsində yayılıb. Yerləşdirilən videolar müxtəlif tədbirlərdə və toylarda ifa olunub.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top