
Türkiyə daha Beynəlxalq Valyuta Fondunun (BVF) kreditlərindən yararlanmaq niyyətində deyil. Bunu Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Qızılcahamam şəhərində hakim Ədalət və İnkişaf Partiyasının fəalları qarşısında çıxışı zamanı deyib. “Biz BVF-nin kreditlər səhifəsini bağlamışıq ki, bir daha onu açmayaq”, – deyə dövlət başçısı vurğulayıb. Türkiyə prezidenti bu bəyanatı son zamanlar Vaşinqtonla münasibətlərin, eləcə də 2016-cı ildə Ankara tərəfindən saxlanılan amerikalı keşiş Endryu Bransona görə gərginləşməsi fonunda edib.(Oxu.az)
Tətbiqimizi yükləyə bilərsiniz