Zaqatalada piyadanı vuraraq qaçan sürücü saxlanıldı


Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi zamanı piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb. Dünən axşam saatlarında rayonun Muxax kəndi ərazisində 1953-cü il təvəllüdlü İbiyev Abdurəhman İsmayıl oğlunu "Mercedes Benz" markalı avtomobillə vuran Bakı şəhər sakini Oktay Mirzəyev Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.(Report)

DİGƏR XƏBƏRLƏR

Top