Həbib Nurməhəmmədov Konor Makqreqora qalib gəldi


Birləşmiş Ştatların Las-Veqas şəhərində UFC çempionları irlandiyalı boksçu Konor Makqreqor və dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında qaydasız döyüş yarışı keçirilib. Yeniavaz.com xəbər verir ki, qarşılaşmada Həbib Nurməhəmmədov Konor Makqreqora qalib gəlib.
Qeyd edək ki, Konor Makqreqor yarım yüngül və yüngül çəki üzrə çempiondur. Bütün karyerası boyu 21 döyüş keçirib, üçündə məğlub olub. Həbib Nurməhəmmədov isə UFC-nin yüngül çəki üzrə hazırkı çempionudur. Karyerası boyu 26 peşəkar döyüş keçirib və heç birində məğlub olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top