Ərdoğan: “McKinsey” oyununa aldanmarıq

 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “McKinsey” konsaltinq şirkəti ilə bağlı maraqlı açıqlama verib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ölkənin xəzinə və maliyyə naziri Berat Albayrak iki həftə əvvəl “Yeni İqtisadi Proqram” çərçivəsində “McKinsey” şirkəti ilə əməkdaşlıq edəcəklərini bildirmişdi.
R.T. Ərdoğan deyib: “Biz bu oyuna aldanmarıq. Bütün yoldaşlarımıza söylədim. “Bunlardan məsləhət belə almayacaqsınız” dedim. Ehtiyac yoxdur, özümüz özümüzə bəsik”.
Türkiyə Prezidenti xatırladıb ki, Ədalət və İnkişaf Partiyası (AKP) hakimiyyətə gələndə ölkənin Beynəlxalq Valyuta Fonduna 23,5 milyard borcu varıydı: “2013-cü ildə bu borcu tam ödədik. Bilirik ki, iqtisadi müstəqillik olmasa, siyasi müstəqillik də olmaz”.

DİGƏR XƏBƏRLƏR

Top