Havanı təmizləyən avtobus hazırlandı


Böyük Britaniyanın Sauthempton şəhərində qeyri-adi avtobus hazırlanıb.
Yeniavaz.com “Life.ru” saytına istinadla xəbər verir ki, yeni avtobus havanı təmizləməyə  kömək edir.
Qeyd edilir ki, Sauthempton Britaniyanın ən çirkli şəhərlərindən biri hesab olunur. Buna görə də “Go-Ahead” nəqliyyat şirkəti bu problemi düzəltmək qərarına gəlib.
Şirkət avtobusu xüsusi filtrlə təchiz edib. Filtr çirklənmiş havanı emal edir və təmiz hava buraxır. Bu zaman təmizləmə prosesi 10 metrədək hündürlükdə baş verə bilər.

DİGƏR XƏBƏRLƏR

Top