ABŞ ştatının qubernatoru erməniləri məyus etdi


ABŞ-ın Kaliforniya ştatının Nümayəndələr Məclisi 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan qanun layihəsini qəbul etməyib.
Yeniavaz.com “Habertürk” saytına istinadla xəbər verir ki, erməni iddiaları Türkiyə tərəfindən qəbul edilmədiyinə görə qanun layihəsi məclisə təqdim edilmişdi.
Qanun layihəsi Türkiyədə maliyyə alətlərinə sərmayə qoyulmasını qadağan etməyi nəzərdə tutub. Layihəyə  Kaliforniya ştatının qubernatoru Cerri Braun tərəfindən veto qoyulub. Ermənilərin sıx yaşadığı Kaliforniyanın məclisinin erməni əsilli üzvü Adrin Nəzəryan qanun layihəsini təqdim edib. Layihə məclisdəki qanuni proseslərdən keçib. Ancaq layihənin qanuniləşməsi üçün son mərhələdə müsbət qərar verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top