İsrail hərbçiləri 2 fələstinlini öldürüb, 126-nı yaralayıb

 
İsrail hərbçiləri blokadadakı Qəzza zolağında keçirilən dinc Böyük Qayıdış Yürüyüşü iştirakçılarına atəş açıblar. Yeniavaz.com “YeniŞafak” qəzetinə istinadla xəbər verir ki, açılan atəş nəticəsində biri uşaq olmaqla iki fələstinli həlak olub, 126 fələstinli isə həqiqi güllələrdən yaralanıb.
 
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra bildirib ki, İsrail əsgərləri dinc nümayişçilərə həqiqi və plastik güllələrlə yanaşı, göz yaşardıcı qazla hücum edib: “Nəticədə 12 yaşlı Faris əs-Sərsavi və 24 yaşlı Mahmud Əbu Səman həlak olub”.
 
O əlavə edib ki, daha 126 fələstinli həqiqi mərmilərdən yara alıb: “Onlardan 7-nin vəziyyəti ağırdır. Yaralılardan 10-u qadın, 30-u uşaq və biri də tibb işçisidir”.
 
Xatırladaq ki, fələstinlilər martın 30-dan bəri blokada altında olan Qəzza zolağı ilə İsrail sərhədində Böyük Qayıdış Yürüyüşü adlı dinc nümayişlər keçirirlər. Həmin tarixdən bu günədək aralarında 34 uşaq, 2 jurnalistin də olduğu 190-dan çox fələstinli İsrail hərbçilərinin hücumu nəticəsində həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top