"Bacım qızının keçmiş həyat yoldaşı ağaca çıxıb, evimi yandırıb" - İDDİA


Mingəçevir şəhəri, N. Nərimanov 40 ünvanında yerləşən 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yanğın olub. Yeniavaz.com xəbər verir ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürüüb.  Ev sahibi Xatirə Yusifova evin yanma səbəbini bacısı qızının keçmiş həyat yoldaşının törədə biləcəyini iddia edib: “Bu şəxs dəfələrlə bacım qızına xəsarətlər yetirib. Bacım qızı həyat yoldaşından ayrılandan sonra mənimlə birgə qalırdı. Səhər işə gedəndə gördüm ki, bacım qızının keçmiş həyat yoldaşı evimizin arxasında dayanıb. İşə çatan kimi qonşulardan zəng gəldi ki, ev yanır. Dərhal gəlib gördüm ki, yanğınsöndürənlər söndürüb. Bacım qızının keçmiş əri eyvanımın yaxınlığında olan ağaca çıxaraq evimi yandırıb. Polis bölməsinə də xəbər vermişik. Evimdə olan yorğan-döşək divan, stol-stul yanıb. Təxminən 500-600 manat civarında ziyan dəyib”.
Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top