
Aran rayonunda bu il pambıq boldur. Elə bu səbəbdən bir tərəfdən texnikalar, digər tərəfdə isə əllə yığım gedir. Ötən illə müqayisədə bu il hektardan 30-35 sentiner məhsul gözlənilir. Ağ qızılın yığımını xaricdən gətirilən kombaynlarla aparan fermerlər bunun daha sərfəli olduğunu deyirlər. Kurslarda iştirak edib yeni komabynların sükanı arxasına əyləşən mexanizatorlarda texnikanın gördüyü işdən razıdırlar. Məhsulu itkisiz toplayan kombaynlarla gün ərzində 5 hektardan artıq sahədə yığım aparmaq mümkündür. Pambıqçılardan Şəmsiyyə Məmmədova, Qumru Məmmədova deyirlər ki, bu il ağ qızıl məhsuladarlığı ilə seçilir: "Səhər saatlarından tarlalara gəlirik, gün ərzində 100-120 kiloqram məhsul yığırıq. Əl əməyidən əsasən texnikların hərəkət edə bilmdəyi sahələrdə istifadə olunur”. Fermer Mənsur Quliyev bildirir ki, Yevlaxda bu il 2500 hektar sahədə pambıq becərlib. Bu, ötən ilə nisbətən 332 hektar çoxdur.
Esmira Hidayətova, Yevlax