Qırıcı təyyarə Moskva ətrafında qəzaya uğradı


MiQ-29 qırıcı təyyarəsi Moskva vilayətndə qəzaya uğrayıb.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu güc strukturlarındakı mənbə deyib.
Bildirilir ki, MiQ-29 qırıcısı Qromov adına Uçuş Tədqiqat İnstitutuna məxsusdur. Təyyarə Moskva ətrafında qəzaya düşüb. Hər iki pilotun katapult etdiyi deyilir.  Qırıcı təyyarə yaşayış məntəqələrindən kənarda düşüb.
İlkin məlumata görə, təyyarənin düşdüyü yerdə ölən və dağıntılar yoxdur. Operativ xidmətlərin nümayəndələri hazırda qəza yerini araşdırırlar.
 

DİGƏR XƏBƏRLƏR

Top