"Budurmu Azərbaycanla dost olmaq istəyən Rusiya?" - Politoloq


"Rusiya Azərbaycana qarşı dezinformasiya yayır".
Yeniavaz.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. "Budurmu Azərbaycanla dost olmaq istəyən Rusiya? Deməli, Rusiya Müdafiə Nazirliyi dünən geniş mətbuat konfransı keçirib. Həmin mətbuat konfransıda rusiyalı generallar deyiblər ki, bir sıra qonşu dövlətlərdə, o cümlədən Azərbaycanda ABŞ-ın gizli laboratoriyaları var və həmin laboratoriyalarda guya Rusiya əleyhinə "hərbi-bioloji silahlar" hazırlanır. Moskva iddia edir ki, bu laboratoriyalarda hazırlanan zəhərlərlə Rusiyaya qarşı planlar cızılır. Başdan ayağa yalandır. Bəs onda Moskva niyə yalan danışır? Bunun səbəbi bəllidir.
Kimyəvi Silahların Qadağan olunması üzrə beynəlxalq təşkilatın mərkəzi qərargahı Hollandıyanın Haaqa şəhərində yerləşir. Rusiya kəşfiyyatçıları həmin binanın qarşısında qapalı internet şəbəkəsinə müdaxilə edib məxfi məlumatları ələ keçirməyə çalışıblar. Hollandiya polisi həmin rus xəfiyyələrinin adlarını da açıqlayıb. İndi Moskva bu biabırçılığın qarşısını almaq məqsədilə "Amerikanın Gürcüstanda, Azərbaycanda, Özbəkistanda və daha bir neçə qonşu ölkədə gizli laboratoriyası var" yalanını yayır, bununla diqqəti rus xəfiyyələri ilə bağlı qalqamaldan yayındırmağa çalışır",-deyə ekspert vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top