Bakıda tıxaca görə maşınlar saatda 6 km sürətlə hərəkət edir


Hazırda paytaxtın bir sıra küçə və prospektlərində tıxac var.

Bu dəqiqələrdə Moskva prospektindən mərkəzə doğru nəqliyyat sıxlığı səbəbindən maşınlar saatda 6 km sürətlə hərəkət edir.

O cümlədən Tbilisi prospekti - Şəfayət Mehdiyev ilə kəsişməsi istiqamətində, Azadlıq prospekti - Karl Marks dairəsi istiqamətində, Səməd Vurğun küçəsi - Zorge parkı istiqamətində, Afiyəddin Cəlilov - Yusif Səfərov ilə kəsişməsi istiqamətində sıxlıq müşahidə edilir.

Yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində də ləngimələr qeydə alınır. (Trend)

DİGƏR XƏBƏRLƏR

Top