Azərbaycanda ABŞ-ın hərbi laboratoriyası yoxdur

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, ölkə ərazisində başqa dövlətin nəzarəti altında olan hər hansı laboratoriya yoxdur və “yenidənqurma haqqında söhbət gedə bilməz”.

Daha öncə Rusiya Federasiyası Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi İqor Kirillov bildirmişdi ki, Ukraynada, Azərbaycanda və Özbəkistanda Pentaqonun nəzarəti altında olan laboratoriyaların yenidən qurulması davam edir.

“Azərbaycan ərazisində başqa dövlətin nəzarəti altında olan hər hansı laboratoriya yoxdur. Buna görə də, onların yenidən qurulması barədə söhbət gedə bilməz”, - virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

DİGƏR XƏBƏRLƏR

Top