Əmlak Komitəsindən Çingiz Abdullayevə qarşı təxribata reaksiya

Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə qəbzləri ilə dələduzluq hadisələri haqda ittihamları təkzib edir.

Xatırladaq ki, virtualaz.org bir neçə saat əvvəl sosial şəbəkələrin kimliyi məlum olmayan istifadəçilərinin Azərbaycanda özəlləşdirmə qəbzlərinin dəyərinin bərpası üzrə kampaniyaya başladıqları barədə yazı yaymışdı. Bildirmişdik ki, kampaniyanın təşkilatçıları bunu edərkən yazıçı Çingiz Abdullayev və ziyalılar adından ölkə rəhbərliyini, onların fikrincə, özəlləşdirmə qəbzlərinin qiymətsizləşdirilməsi fırıldağını həyata keçirən məmurları cəzalandırmağa çağırırlar.

Kampaniyanın təşkilatçıları qeyd edirlər ki, bu yaxınlara qədər bir özəlləşdirmə qəbzini “qara bazar”da 5-10 manata almaq mümkün idi, halbuki dövlət əmlakının özəlləşdirilməsi vaxtı Əmlak Məsələləri Dövlət Komitəsi onları 1800 dollar məbləğində ödəniş vasitəsi kimi qəbul edirdi. Onların iddiasına görə, 18 milyon dollar dəyəri olan"Siyəzən broyler" şirkəti məhz məmur-dələduzlar tərəfindən “qara bazar”da qəpik-quruşa əldə edilmiş 10 min özəlləşdirmə qəbzinin hesabına özəlləşdirilmişdi...

Əmlak Məsələləri Dövlət Komitəsindən virtualaz.org-a bildiriblər ki, özəlləşdirmə qəbzləri Azərbaycan Prezidentinin 25 mart 1996-cı il tarixli fərmanına uyğun olaraq dövriyyəyə buraxılmışdı.

Eyni zamanda Komitədən qeyd ediblər ki, "Siyəzən broyler" Açıq Səhmdar Cəmiyyəti 18 avqust 2000-ci ildə özəlləşdirilib, buna görə də yazılanlar həqiqətə uyğun deyil. 

DİGƏR XƏBƏRLƏR

Top