Azərbaycan çempionatında bir dəqiqəlik sükut olacaq


“Sumqayıt” FK-nın U-15 komandasının futbolçusu Ayxan Qasımovun faciəvi vəfatı ilə əlaqədar çempionat oyunlarından əvvəl bir dəqiqəlik sükut elan olunacaq. Bu sükut AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin keçirdiyi bütün turnirlərin matçlarına şamil ediləcək. Yəni, Peşəkar Futbol Liqasının keçirdiyi I divizion və Premyer Liqa matçlarında sükut olmayacaq. Qeyd edək ki, Ayxan Qasımov iki gün əvvəl avtomobil qəzası zamanı vəfat edib.(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top