Məmmədyarova erməniyə qarşı: Qardaşının uğurunu təkrar edə biləcəkmi? - CƏDVƏL


Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasının 10-cu turunda kişilərdən ibarət Azərbaycan milli komandası Ukrayna komandası ilə qarşılaşır. Yeniavaz.com xəbər verir ki, komandalar aşağıdakı şəkildə üz-üzə gəliblər.
Şəhriyar Məmmədyarov - Vasili İvançuk
Teymur Rəcəbov - Pavel Elyanov
Arkadi Naydiç - Yuri Krivoruçko
Rauf Məmmədov - Ruslan Ponomaryov
Qadınlardan ibarət yığma komandamız isə Ermənistan yığması ilə qarşılaşır. 5-ci turda Ermənistan komandasının lideri Levon Aronyan üzərində inamlı qələbə qazanan Şəhriyar Məmmədyarovun bacısı Zeynəb Məmmədyarova Lilit Mkrtçyan üzərində qələbə qazanaraq qardaşının uğurunu təkrar etməyə çalışacaq. Komandalar aşağıdakı şəkildə üz-üzə gəliblər.
Günay Məmmədzadə - Elina Danielyan
Zeynəb Məmmədyarova - Lilit Mkrtçyan
Xanım Balacayeva - Anna Sarqsyan
Gülnar Məmmədova - Mariya Kursova
Qeyd edək ki, hər iki görüş bu gün saat 15:00-da başlayıb.
Bildirək ki, geridə qalan 9 turdan sonra Azərbaycanın kişilərdən ibarət yığma komandası 13 xalla 10-cu, qadınlardan ibarət yığma komandası isə 14 xalla 6-cı yerdə qərarlaşıb.
Məlumat üçün qeyd edək ki, Dövlət Neft Şirkətinin (SOCAR) sponsoru olduğu olimpiadada 185 ölkədən 4 minə yaxın şahmatçı və nümayəndə heyəti iştirak edir. Azərbaycanı yarışda kişi və qadınlardan ibarət iki komanda təmsil edəcək. Qədir Hüseynovun rəhbərlik etdiyi kişilərdən ibarət komandada ölkəmizin idman şərəfini Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naidiç, Rauf Məmmədov və Eltac Səfərəli qoruyacaqlar. Qadınlardan ibarət komandada isə Günay Məmmədzadə, Zeynəb Məmmədyarova, Xanım Balabəyova, Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva mübarizə aparır. Komandanın məşqçisi Fikrət Sideyifzadədir.
 

DİGƏR XƏBƏRLƏR

Top