Çempionlar Liqası: turun oyunçusu adına 4 namizəd


Çempionlar Liqasında qrup mərhələsinin II turunun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. Yeniavaz.com-un məlumatına görə, UEFA bu ada iddialı 4 oyunçunun adını açıqlayıb.

Bunlar Neymar (PSJ), Paulo Dibala (“Yuventus”), Edin Dzeko (“Roma”) və Lionel Messidi (“Barselona”). İlk 3 oyunçu bu tur het-trik edibsə, Messi “Tottenhem”lə səfər qarşılaşmasında (4:2) dubla imza atıb.

Neymar “Srvena Zvezda”nın (6:1), Dibala “Yanq Boyz”un (3:0), Dzeko isə “Viktoriya”nın (5:0) qapısından 3 top keçirib.

DİGƏR XƏBƏRLƏR

Top