
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev təsdiq edilmiş vətəndaşların qəbulu qrafikinə uyğun olaraq 2018-ci ilin oktyabrın 3-də icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi Mingəçevir şəhərində vətəndaşları qəbul edib. Yeniavaz.com xəbər verir ki, qəbula gələn vətəndaşların müraciətləri əsasən icbari tibbi sığortanın tətbiqi, müayinə-müalicə, dərman və digər vasitələrlə təminat, işlə və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı Agentliyin struktur bölmələrinə tapşırıqlar verilib. Agentliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara ətraflı izahat verilib. Z.Əliyev həmin müraciətlərə aidiyyəti üzrə baxılması üçün müvafiq qurumlara yönəldilməsini tapşırıb.
Bununla yanaşı, o bildirib ki, vətəndaşların verdikləri təkliflər də Agentliyin və onun tabeliyində olan tibb müəssisələrinin fəaliyyətində nəzərə alınacaq.
Esmira Hidayətova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz