
Ağstafa rayonunda Türkiyə vətəndaşı naməlum şəxslər tərəfindən döyülüb. Yeniavaz.com report-a istinadən bildirir ki, 1982-ci il təvəllüdlü Fatih Ali oğlu Bahdiyar küçədə gedərkən bir neçə nəfərin hücumuna məruz qalıb. Müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən F.Bahdiyarın vəziyyətinin orta-ağır olduğu bildirilir. Ağstafa rayonunda qonaq olduğunu bildirən F.Bahdiyar bundan öncə də həmin şəxslərin hücumuna məruz qaldığını bildirib. Faktla bağlı araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz