
Bakı-Surgut marşrutu üzrə uçan "ЮТэйр" aviaşirkətinə məxsus təyyarə Ufa hava limanında təcili eniş edib. Yeniavaz.com Trend-ə istinadən bildirir ki, Ufa beynəlxalq hava limanının mətbuat katibi Tatyana Rizvan bildirib ki, təyyarənin sərnişini uçuş zamanı özünü pis hiss edib: "Təyyarə hava limanına endikdən sonra sərnişin xəstəxanaya yerləşdirilib". T.Rizvanın sözlərinə görə, daha sonra təyyarə öz marşrutu üzrə uçuşa davam edib.
Tətbiqimizi yükləyə bilərsiniz