Yusifin atasından ÜRƏKDAĞLAYAN SÖZLƏR: "Fəhləliklə böyütmüşdüm..." - VİDEO


ATV telekanalında yayımlanan "Bizimləsən" verilişinin çəkiliş komandası  bir neçə gün öncə Binə qəsəbəsində 160 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun qatarla toqquşması nəticəsində dünyasını dəyişən 13 yaşlı  Yusifin evində olub. Yusifin dayısı bacısının intihara cəhd etməsi barədə yazılan xəbərlərə münasibət bildirib. O, belə bir hadisənin baş vermədiyini söyləyib. Daha sonra Yusifin sinif rəhbəri onun haqqında müsbət fikirlər səsləndirib.

"Yusif çox ağıllı və savadlı şagird olub. Nizam-intizamlı şagird olub. Məktəbdə heç bir şagird, müəllim ondan narazı olmayıb. Hamının sevdiyi uşaq idi". Atası isə oğlunu min bir əziyyətlə böyütdüyünü söyləyib: "Uşaq əlaçı uşaq idi. Çox razı idim ondan. Yoldaşımda problem var idi. Müalicələrdən sonra dünyaya gəlmişdi. Evin tək uşaq idi. Fəhləliklə böyütmüşdüm".(GoldNews.az)
 


 

DİGƏR XƏBƏRLƏR

Top