
“The Washington Post” nəşrinin müxbiri Camal Haşkaci Türkiyədə yoxa çıxıb. “HaberTürk” kanalı xəbər verir ki, jurnalist Səudiyyə Ərəbistanı konsulluğuna daxil olduqdan sonra əlaqəyə çıxmayıb. Səudiyyə Ərəbistanı əsilli Haşkaci Ər-Riyad hakimiyyətinə qarşı tənqidi yazılar yazıb. Özü 2017-ci ildə ölkəsini tərk edib və ABŞ-a köçüb. O, konsulluq əməkdaşlarının çağırışı ilə sənədləşmə işləri üçün oktyabrın 2-də İstanbuldakı konsulluq binasına yaxınlaşıb. Jurnalist nişanlısı ilə birgə gəlsə də xanımı binaya buraxmayıblar.
Nəşrin məlumatına görə nişanlısı onun sənədləri götürüb çıxmalı olduğunu bildirib. Lakin 5 saat gözləməsinə baxmayaraq nişanlısına onun artıq binanı tərk etdiyi bildirilib. Haşkaci onu müşayiət edən xanıma fors-major hallarda Türkiyənin hakim Ədalət və inkişaf partiyasının müşaviri Yasin Aktaya və ərəb-türk jurnalistlər birliyinə müraciət etməyi tapşırıb. Onun gündə bir neçə dəfə istifadə etdiyi Twitter sosial şəbəkəsinə son giriş tarixi isə oktyabrın 1-nə səhər saatlarına aiddir.
Qeyd edək ki, Camal Haşkaci The Washington Post nəşrində Səudiyyə Ərəbistanın daxili siyasəti barədə tənqidi yazılar yazıb. O əvvəllər öz ölkəsində Al-Watan nəşrinin baş redaktoru olub. Haşkaci həmçinin ərəd biznesmen tərəfindən maliyyələşən və siyasi motivlər əsasında bağlanan Al-Arab kanalını da işlədib.(Modern.az)