
İspaniyanın “Barselona” futbol klubu dünyada gəlirləri 1 milyard dollar həddini ötən ilk idman klubu oldu. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, “Barselona” 2017/18-ci illər mövsümündə 1,05 milyard dollar qazanıb. Klub ardıcıl beş ildir gəlirlərin miqdarına görə rekord müəyyənləşdirir. Həmçinin qeyd edilir ki, Kataloniya təmsilçisinin 30 iyun 2018-ci il tarixinə olan borcu 181,3 milyon dollar, xərcləri isə 1,017 milyard dollar təşkil edib.
2018/19-cu illər mövsümünün büdcəsi isə gəlirlərin artıq 1,1 milyard dollar olmasını nəzərdə tutur. 2021-ci ildə bu rəqəm 1,15 milyard dollara çatmalıdır.
Xatırladaq ki, “Barselona” ötən mövsüm İspaniya çempionu və ölkə Kubokunun sahibi olub.
Tətbiqimizi yükləyə bilərsiniz