İraqın yeni Prezidenti kürd siyasətçi oldu

 
İraqın Nümayəndələr Şurasının (parlament) deputatları Berham Salehi respublikanın yeni Prezidenti seçiblər. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, B. Saleh Kürdüstan Vətənpərvərlər Birliyindən bu ali vəzifəyə layiq görülüb.
 
Parlamentdə səsvermə zamanı 165 deputat onun lehinə səs verib. İclasda 329 deputatdan 301-i iştirak edib. Kürdüstan Demokrat Partiyasının namizədi Fuad Hüseyn isə 22 səs toplayıb. Ümumilikdə bu vəzifəyə 7 siyasətçi iddia edib. B. Saleh bununla İraqın 4-cü prezidenti oldu.
 
Qeyd edək ki, B. Saleh 1960-cı ildə Süleymaniyyədə anadan olub və Böyük Britaniyada təhsil alıb.

DİGƏR XƏBƏRLƏR

Top