2030-cu ildə bu ölkədə benzin və dizellə işləyən maşınlar satılmayacaq


Danimarka hökuməti 2030-cu ildən başlayaraq benzin və dizellə işləyən yeni avtomobillərin satışının qadağan edilməsi haqqında qanuna baxılması üçün ölkə parlamentinə təklif verəcək.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Danimarkanın Energetika və İqlim Nazirliyinin nümayəndəsi deyib.
Hökumət təklifi rəsmi olaraq çərşənbə axşamından gec olmayaraq təqdim edəcək. Təklifə parlamentdə baxılmalıdır. Əgər təklif qəbul olunsa, Danimarka Böyük Britaniya və Fransanın yolu ilə gedəcək. Hər iki ölkə daha əvvəl dizel və benzinlə işləyən avtomobillərin satışına 2040-cı ildən qadağa qoyub. Onların əvəznə elektromobillər istifadə olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top