Azərbaycanın beynəlxalq nəqliyyat sistemindəki rolu ilə bağlı konfrans keçirilir


Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə "Azərbaycan Beynəlxalq Nəqliyyat sistemində: Hədəflər və perspektivlər" mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb. Universitetdən Yeniavaz.com-a verilən məlumata görə, konfransa yerli alimlərlə yanaşı xarici ölkələrdən də məqalələr göndərilib.
 Açılış nitqi ilə çıxış edən universitetin rektoru, professor Havar Məmmədov konfrans iştirakçılarını salamlayıb və ölkəmizdə logistika sahəsində görülən işlərdən və bu baxımdan konfransın əhəmiyyətindən danışıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə, Təhsil Nazirliyinin Elm sektorunun müdiri Anar Kazımov, Avropa-Qafqaz-Asiya Beynəlxalq nəqliyyat dəhlizinin (TRASEKA) hökumətlərarası komissiyasının Azərbaycan üzrə milli katibliyinin rəhbəri Akif Mustafayev və Abşeron logistika mərkəzinin direktoru Ziya Ağayev Prezident İlham Əliyevin nəqliyyat sektoruna olan diqqət və qayğısının nəticəsi olaraq bu sahənin hazırki inkişaf səviyyəsindən, logistika sahəsində xarici ölkələrlə olan əməkdaşlıqdan və birgə həyata keçirilən layihələrdən danışıblar.
Çıxışlardan sonra  plenar iclasla davam edən konfrans Akif Mustafayevin, Xudayar Həsənlinin, A.Q.Nekrasovun, K.İ. Atayevin və A.S. Siniçınanın məruzələri ilə davam edib.
Qeyd edək ki, BMU da keçirilən konfrans oktyabrın 2-dən 5-dək 5 seksiya üzrə işini davam etdirəcək.

DİGƏR XƏBƏRLƏR

Top