"Paşinyan Azərbaycanın gücünü bilir" - Ziyafət Əsgərov


“Ermənistan baş naziri Nikol Paşinyan nə deyirsə, daxili auditoriyaya hesablanıb. Paşinyan Azərbaycanın gücünü bilir, Prezidentimizi də çox yaxşı tanıyır, onun hansı intellektə və gücə malik olduğunu anlayır. Sadəcə, o hesab edir ki, Ermənistanda seçkilər keçiriləcək, onun təmsil etdiyi partiyanın qalib gəlib-gəlməyəcəyi bilinmir. O, vəziyyətdən istifadə edərək daxili auditoriyanı hazırlamaq və onu öz tərəfinə çəkmək üçün xal qazanmaq istəyir”.

Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Vitse-spiker qeyd edib ki, Paşinyanın destruktiv bəyanatları qəbul edilə bilməz: “Birləşmiş Millətlət Təşkilatının tribunasını küçə nümayişinə çevirmək olmaz. Küçədə, nümayişdə hər hansı söz deyə bilər. Amma BMT-nin tribunasından küçədə deyilənləri təkrar etmək heç bir dövlət rəhbərinə başucalığı gətirməz. Mövqeyimiz bundan ibarətdir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqları azad olunmalıdır. Bu, müzakirə obyekti deyil. Nə qədər ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkməyib, o, bütün layihələrdən kənarda qalacaq. Ermənistanda vəziyyət yenə də iqtisadi iflic vəziyyətində olacaq. Ermənistan bu vəziyyətdən heç vaxt çıxa bilməyəcək. Hər bir halda gec onların fikirləşməyə vaxtı var”. (Report)

DİGƏR XƏBƏRLƏR

Top