İndoneziyada zəlzələ və sunami qurbanlarının sayı durmadan artır


İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami qurbanlarının sayı 1234 nəfərə çatıb.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu İndoneziyanın Təbii Fəlakətlərin Qarşısının Alınması Agentliyindən deyiblər.
Bildirilir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı arta bilər. Buna səbəb kimi xilasedicilərin təbii fəlakətdən zərər görmüş bütün əraziləri hələ araşdırmaması göstərilir.
Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi vilayətində 7,4 bal gücündə zəlzələ baş verib. 
 

DİGƏR XƏBƏRLƏR

Top