Avtobusla qatarın toqquşması nəticəsində yaralananlardan daha biri ölüb - YENİLƏNİB

DİN Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-dən Yeniavaz.com-a verilən məlumata görə, oktyabrın 1-də, saat 14:00 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi “Daewoo” markalı 160 saylı xətt avtobusunu qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub.

Nəticədə, sürücü və 42 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Şakir Əliyev və Yusif Dadaşzadə orada ölüblər.

Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

***11:39
Bakıda baş verən qəzada ölənlərin sayı artıb. Yeniavaz.com xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, qəza zamanı iki nəfər ölüb:

“Onlardan biri 13 yaşlı məktəbli, digər isə 60 yaşlı kişi olub. Qəza zamanı 40 nəfər xəsarət alıb”.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Bakının Binə qəsəbəsində 160 nömrəli marşrut avtobusunun yük qatarı ilə toqquşması nəticəsində yaralananlardan 12 nəfəri hazırda xəstəxanada müalicə alır:

“Onlardan beş nəfəri reanimasiyadadır. Yaralılardan altı nəfəri Klinik Tibbi Mərkəzə müraciət edib. İki nəfərə yerində yardım göstərilib, dörd nəfərin müalicəsi davam etdirilir”.

DİGƏR XƏBƏRLƏR

Top