Rusiya 3 il ərzində Suriyada bu qədər itki verib


Əməliyyatlar başlayandan bu günə kimim Suriyada 112 rus əsgəri ölüb. Bunu Suriyadakı əməliyyatların 3-cü il dönümü ilə əlaqədar təşkil olunan mətbuat konfransında Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Məsələləri Üzrə Komitəsinin sədri Viktor Bondarev deyib. O, həyatını itirən əsgərlərin təxminən yarısının An-26 təyyarə qəzasında və İl-20 təyyarəsinin vurulması zamanı öldüyünü vurğulayıb.

Bondarev bu illər ərzində həmçinin 8 təyyarə, 7 vertolyot və bir neçə zirehli texnikanın da məhv olduğunu söyləyib.

SSRİ dönəmində Əfqanıstan müharibəsinin ilk 3 ilində 4800 əsgər, ən az 60 tank, 400 zirehli texnika, 15 təyyarə və 97 vertolyot itirdiklərini xatırladan Bondarev Suriyadakı itkinin bundan qat-qat az olduğuna işarə edib.

Komitə sədri həmçinin vurğulayıb ki, 2003-2006-cı illərdə İraqda gerçəkləşdirilən əməliyyatlarda ABŞ-ın liderliyində olan koalisiya qüvvələrinin 2515 əsgər, 10-20 tank, ən az 50 zirehli texnika, 15 təyyarə və təxminən 80 vertolyot itkisi olmuşdu. (Qaynarinfo)

DİGƏR XƏBƏRLƏR

Top