""Toppuş bacı"ya qarşı insanlıq borcumu yerinə yetirdim" - Vasif Məhərrəmli


"Mən "Toppuş bacı"ya qarşı insanlıq borcumu yerinə yetirdim. O, düz edirdi, yoxsa səhv, mən bu məsələlərə qarışmıram". Yeniavaz.com xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında əməkdar artist Vasif Məhərrəmli xərçəng xəstəliyindən əziyyət çəkən "Toppuş bacı" ləqəbli aktrisa Tünzalə Əliyevanın efirdə pul yığmasının kəskin tənqid olunmasına münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, kiminsə fikrinə qarışmaq, rəy vermək niyyətində deyil: "Mən bu barədə heç nə deyə bilmərəm. Mən insaniyyətliyimi elədim. Kim nə düşünür, neyniyir, özü bilər. Mən bu barədə heç nə danışmaq istəmirəm. Mən insanlıq borcumu yerinə yetirdim, əlimdən gələn köməyi etdim".

"Toppuş bacı"ya nə qədər pul verdiyini söyləməyən Vasif Məhərrəmli bundan sonra pulu olarsa, yenə belə aksiyalarda iştirak edəcəyini dedi: "Mən rəqəm açıqlamıram. Mən ona bu pulu paketdə verdim. Bunu bir mən bilirəm, bir "Toppuş bacı", bir də Allah".

DİGƏR XƏBƏRLƏR

Top