
Erməni əsilli fransalı şanson ifaçısı Şarl Aznavur 95 yaşında dünyasını dəyişib. Yeniavaz.com RT-yə istinadla xəbər verir ki, o, Fransanın cənubundakı evində vəfat edib.
Ş.Aznavur karyerası ərzində təqribən 1,3 min mahnının müəllifi olub, onlarla filmdə çəkilib və 200 milyondan çox disk satıb.
Müğənni 2009-cu ildən Ermənistanın İsveçrədəki səfiri və ölkənin BMT-nin mənzil-qərargahındakı daimi nümayəndəsi olub.