"Deyəsən, 5-7 rayonun qaytarılması məsələsi reallaşır" - Politoloq


"Deyəsən, 5-7 rayonun qaytarılması proqnozumuz doğrulmaq istəyir".
Yeniavaz.com xəbər verir ki, bunu politoloq İlqar Altay bildirib.
"Qarabağ ətrafı proseslərin gedişatı, müşahidə, analizlərim bunu göstərir. Düzdür, müharibə variantını düşünürdüm, həm çox istərdim ordumuz yalan üstündə qurulmuş illərin erməni mifini darmadağın etsin. Ancaq görünür, Paşinyan ciddi və son xəbərdarlığı, biabırçı məğlubiyyəti nəzərə alıb və sülhü seçib. Çünki, arxalandığı Qərb də, kömək edə bilməz ona ətraf rayonların geri qaytarılmaması üçün. Paşinyan çox çalışdı heç olmasa ətraf rayonlar Dağlıq Qarabağa müstəqillik şərtilə qaytarılsın. Ancaq görünür, qəti tələb qoyulub ki, dərhal və qeyri-şərtsiz. Bu da, düşünürəm ki, ermənilərin təxminən Dağlıq Qarabağı da itirməsi deməkdir. Belə getsə, Dağlıq Qarabağa heç yüksək status da, çətin ki verilsin və  yəqin ki, öz Sovetlər zamanındakı statusuna qayıdar. Bu da, yenidən insanlarımızın Şuşa, Xocalı və s. yurd-yuvalarına qayıtmasıdır. Əgər hər hansı geosiyasi gözlənilməzlik baş verməsə. Bu prosesdə Qərb tam kənardadır, prosesin içində olsa belə, formal görüntü kimi. Gözləyək, izləyək gedişatı, tale nəhayət ki, bizim xalqımızı sevindirsin, insanlarımız torpaqlarına qayıtsınlar, bu məğlubiyyət hissindən xilas olaq",-deyə İlqar Altay vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top