Azərbaycanda qeyri-neft məhsullarını ən çox Neft Şirkəti ixrac edir


Bu ilin ilk 8 ayı ərzində həyata keçirilən qeyri-neft sektoru üzrə ixracla bağlı rəsmi statistik rəqəmlərin təhlili nəticəsində əsas ixracatçı subyektlərin reytinqi tərtib olunub. Yeniavaz.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən açıqlanan məlumatlara istinadən bildirir ki, tərtib edilən bu reytinq həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektləri əhatə edir.
2018-ci ilin yanvar-avqust ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyeklərin reytinqində ilk onluqda aşağıdakı subyektlər təmsil olunub:


Qeyd edək ki, 2017-ci ilin yanvar-avqust ayları üzrə tərtib edilən reytinqlə müqayisədə bu dəfəki siyahıya bir neçə şirkət - "Kapitan Fruits" MMC, "Azfruittrade" MMC və "Şirin Aqro" QSC daxil olub. "Şirin Aqro"nun 200 min dollarlıq ixracatı nəzərə alınmasa bu şirkətlər ötən il heç bir ixracat həyata keçirməyiblər.
Maraqlı məqamlardan biri də odur ki, bu ilin ilk 8 ayı ərzində 47,8 milyon dollarla ən çox qeyri-neft məhsulu ixrac edən ikinci şirkət "Kapitan Fruits" MMC cəmi 8 ay əvvəl - 2017-ci ilin dekabr ayında dövlət qeydiyyatına alınıb. 8 ay ərzində 47,8 milyon dollar məhsul ixrac edən şirkətin nizamnamə kapitalı isə cəmi 10 manatdır.
Son bir ildə ixracdakı paylarını kəskin artıran və yuxarıda adları qeyd olunan 4 şirkət - "Kapitan Fruits" MMC, "Azfruittrade" MMC, "Food Export Şəmkir" MMC və "Şirin Aqro" QSC 2017-ci il ərzində dövlət qeydiyyatına alınıblar.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə SOCAR-ın "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir. "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" son 8 ayda 131,5 milyon dollar dəyərində məhsul ixrac edib.
Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Detal Alüminium" MMC, "Azərenerji" ASC, "Azərbaycan Hava Yolları" QSC, "Azergold" QSC, "SOCAR Methanol" MMC, "CTS-Agro" MMC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC, Naxçıvan MR Dövlət Energetika Xidməti, "Suraxanı Maşınqayırma Zavodu Törəmə" ASC.

DİGƏR XƏBƏRLƏR

Top