Topuğa limon qoymağın orqanizmə faydası - Bunları bilirdinizmi?


C vitamini ilə zəngin olan limon sağlamlığımız və immunitet sistemimizin güclənməsi baxımından çox faydalıdır. Yeniavaz.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, immunitet sisteminin güclü olması insanın sağlam həyat sürməsi baxımından çox önəmlidir. İmmunitetin güclü olması insanların müxtəlif xəstəliklərə tutulmasına əngəl olur.
İmmunitet sisteminizi ayağınıza limon sürtərək gücləndirə biləcəyinizi bilirdinizmi?
Bu üsulu sınaqdan keçirənlər qrip və soyuqdəymə kimi infeksion xəstəliklərdən qısa vaxt ərzində qurtulduqlarını iddia edirlər.
Bunu yoxlamaq üçün sizə bir miqdar daş duz və 1 ədəd limon lazımdır.
Limonu ortadan ikiyə bölün. Üstünə bir miqdar daş duz əlavə edin. Daha sonra topuq hissəsindən başlayaraq ayağınızın hər yerinə dairəvi hərəkətlərlə duzlanmış limonu sürtün. Daş duz bir az iridir, ayaqlarınızı incitmədən bu hərəkətləri davam etdirin.
 
Limonun faydaları
1. C vitamini deposu hesab olunur.
2. İmmuniteti gücləndirir.
3. Həzmi asanlaşdırır.
4. Kökəlmənin qarşısını almaqda yardım edir.
5. Qəbizlik zamanı limon şirəsi içmək faydalıdır.
6. Sinir sisteminə müsbət təsir göstərir.
7. Beyinin fəaliyyətinə xeyirlidir.
8. Qan təzyiqini aşağı salır.
9. Qaraciyərə xeyirlidir.
10. Ürək-damar xəstəliklərinə faydalıdır.
11. Şəkərin miqdarını tənzimliyir.
12. Xərçəng hüceyrələrinin inkişafının qarşısını alır.
13. İnsanın əhvalına müsbət təsir göstərir.
14. Limon şirəsi 50-ə yaxın virusa təsir edir.
15. Bədəndəki toksinləri, ağır metal duzlarını, şlakları əritmə gücünə malikdir.
16. Burun qanaxmasının qarşısını alır.
17. Bağırsaq köpünü götürür.
18. Limon suyu lazımsız qida qalıqlarının orqanizmdən xaric edilməsinə yardımçı olur.
19. Bədəndəki mineralları balanslaşdırır.
20. Görməni yaxşılaşdırır.
21. Zərərli bakteriyaları məhv edir.
22. Zökəmə tutulma riski dəfələrlə azdır.
23. Stresslə mübarizə aparır.

DİGƏR XƏBƏRLƏR

Top