
Səhiyyə Nazirliyinin məlumatına görə, yaralı sayı 34-ə yüksəlib. Onlardan 27-si təcili tibbi yardım maşınları ilə, 7-si isə özü xəstəxanaya müraciət edib. Yaralılardan 3-ü 1 Saylı Şəhər Kliniki Xəstəxanasına, 2-si Travmotologiya İnstitutuna, qalanları isə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Əksəriyyətinin vəziyyəti ağırdır.
15:15***
Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib. Qəza nəticəsində 1 nəfər həlak olub, yaralanan 8 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.
14:55***
Bakıda sərnişin avtobusu qatarla toqquşub. Yeniavaz.com Unikal.org-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.
Belə ki, 160 saylı marşurut xətti ilə hərəkət edən içərisi sərnişinlə dolu avtobus hərəkətdə olan qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub.
Ölən və yaralananlar var. Avtobusun içərisindəkilərin əksəriyyəti məktəblilərdir.
Hadisə nəticəsində yaralananlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 10 təcili tibbi yardım briqadası cəlb edilib. 8 yaralı Sabunçuda yerləşən 3 saylı şəhər xəstəxanasına aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz